BMT Suriyada baş qaldıran siyası böhranı tənzimləmək üçün təşkilatın keçmiş baş katibi Kofi Annanı oraya göndərib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, BMT və Ərəb Dövlətləri Liqasının xüsusi elçisi qismində çıxış edən Kofi Annan Suriya hökuməti ilə müxalifət arasında yaranmış münaqişənin sülh yolu ilə həllinə nail olmalıdır.
BMT-nin hazırki baş katibi Pan Qi Mun və Ərəb Dövlətləri Liqasının rəhbəri Nabil əl-Ərəbi Kofe Annana missiyada iştirak etməyə razılıq verdiyi üçün təşəkkürlərini ifadə ediblər.
73 yaşlı Annan ƏDL-nın qərarı və BMT Baş Assambleyasının qətnamələrinə uyğun fəaliyyət göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB