Honduras hökuməti 359 nəfərin ölümü ilə nəticələnən həbsxana yanğınına, səbəb olan faktı açıqlayıb. SİA-nın məlumatına görə, faciəvi yanğının səbəbi söndürülməmiş bir siqaret olub. Dövlətin açıqlamasından sonra həbsxanada olan şahidlərdən biri də faktı təsdiqləyib. O bildirib ki, məhkumlardan biri siqaret çəkdiyi vaxt yuxuladığından yatağa düşən siqaret közü yanğına səbəb olub.
Hadisə ilə bağlı baş prokuror Luis Alberto Rubin açıqlama verərkən faktın araşdırmalar nəticəsində məlum olduğunu deyib: "Yanğından sonra geniştərkibli araşdırmalara start verdik. ABŞ spirt, tütün, silahlar və partlayıcılar şöbəsinin ekspertləri birgə araşdırmalar etdilər. Nəticədə məlum oldu ki, hadisəyə səbəb siqaret közü olub.
Qeyd edək ki, Hondurasdakı həbsxanada keçənhəftə müşahidə edilən yanğın bu əsrin ən faciəli həbsxana yanğını kimi yadda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB