Suriyada ölənlərin sayı getdikcə artır

Suriyada ölənlərin sayı getdikcə artır

Suriyada ölənlərin sayı getdikcə artır. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, ötən gün Suriyada Homs şəhərinin atəşə tutulması və hökumət qoşunları tərəfindən İdlib əyalətinin yaşayış məntəqələrində həyata keçirilən reydlər zamanı azı 100 nəfər ölüb. Ölənlər arasında 10 uşaq, 3 qadın, eləcə də müxalifət təşkilatlarının fəalları olub. Qeyd edək ki, kütləvi iğtişaşların başladığı ötən ilin mart ayından Suriyada 6000-dən artıq adam ölüb.


Bütün xəbərlər Facebook səhifəmizdə