Uzun zamandır gündəmdə olan Çin-Qırğızıstan-Özbəkistan dəmiryolu proyektinin inşasına bu ildən başlanılacaq. SİA-nın xarici mətbuata istinadən məluamtına görə, Çin və Orta Asiyanı bir-birinə bağlayacaq dəmiryolunun tikintisinə ümumilikdə təxminən 2 milyard dollar ayrılacaq. Qırğızıstanın baş naziri Ömürbek Babanov məhz dəmiryolu tikintisi ilə əlaqədar proyektin mətninə imza atıb. İnşa işləri 2018-ci ildə tamamilə başa çatdırılacaq.
Tikinti işlərinə cəmi 10 min nəfər işçi dəvət olunacaq. Tarixi İpək yolunda inşa olunması planlaşdırılan dəmiryolu üç ölkəni bir-birinə bağlayacaq. 268 kilometr yolda 48 tunel, 95 körpü və 4 stansiya inşa ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB