Humusda 23 nəfər öldürüldü

Suriya ordusunun Humus şəhərində keçirdiyi əməliyyatlar nəticəsində 23 nəfər öldürülüb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, suriyalı müxaliflərin verdiyi xəbərə görə, ordu əməliyyatlar zamanı topdan, raket və tank kimi ağır silahlardan istifadə edib. Bununla belə bu gün Suriyada ölənlərin sayı 27 nəfərə çatıb. Ölənlərin 7-nin uşaq, 5-nin qadın olduğu bildirilib. Suriya Yerli Koordinasiya Komitəsi Halepdə 2, Hama və İdlibdə də bir nəfərin öldürüldüyünü açıqlayıb.


Bütün xəbərlər Facebook səhifəmizdə