Gürcüstanda dövlət çevrilişi etmək istəyən siyasətçi Ermənistana gedərkən tutuldu
Gürcüstanda polis keçmiş parlament üzvünü dörd il əvvəl ölkədə çevriliş cəhdi göstərmək ittihamı ilə həbs edib. SİA-nın xəbərinə görə, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb. Siyasətçi Valeri Gelbaxiani hökuməti güclə devirmək planında iştirakda ittiham olunur. İddialara görə, təhlükəsizlik rəsmiləri onu 2008-ci il prezident seçkilərindən sonra kütləvi nümayişlərin təşkili barədə müzakirələr apararkən gizli videoya çəkib. O ölkədən qaçmağa çalışıb, amma Gürcüstan-Ermənistan sərhəddini keçərkən tutulub .
Gelbaxiani müxalifətçi milyarder Badri Patarkatsişvilinin müttəfiqi idi. Patarkatsişvili Gürcüstanın ən varlı adamı və 2007-ci ildə müxalifət hərəkatının liderlərindən idi. Patarkasişvili 2009-cu il prezident seçkilərində hazırkı lider Mixail Saakaşvili ilə yarışa girdi, ancaq səslərin 7 faizini toplaya bildi və bir ay sonra Britaniyada ürək iflicindən öldü.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB