Çeçenistan-Dağıstan sərhədində atışmada polis 17, döyüşçülər isə 7 nəfər itki verib
Rusiyanın Çeçenistan və Dağıstan respublikalarının inzibati sərhədində xüsusi əməliyyat davam edir. Təhlükəsizlik qüvvələri ilə 3 silahlı qruplaşmanın üzvləri arasında 4 gündür gedən atışma nəticəsində ölən polislərin sayı 17-yə, yaralıların sayı isə 24-ə çatıb. Bu barədə Çeçenistan Daxili İşlər Nazirliyi məlumat verib.
Xatırladaq ki, xüsusi əməliyyat fevralın 16-sı axşamdan davam edir. Dağlıq-meşə massivində mühasirəyə alınan döyüşçülər müqavimət göstərir, güs strukturları aviasiya və artilleriya cəlb edib. Polisin məlumatına görə, qarşı tərəf də azı 7 nəfər itki verib.
Dünən Rusiya prezidenti Dmitri Medvedev daxili işlər naziri Rəşid Nurqaliyevə əməliyyat zamanı ölən və yaralanan polislərin ailələrinə yardım edilməsinə dair göstəriş verib. 3
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB