Dünya yeni soyuq müharibənin astanasında

Dünya yeni soyuq müharibənin astanasında
İranın Yaxın Şərqdi nüvə silahlanmasına təhrik etməsi SSSR ilə ABŞ arasındakı "soyuq müharibə"dən daha təhlükəli ola bilər. SİA-nın BBC-yə istinadən verdiyi məlumatına görə, Britaniyanın xarici işlər naziri Uilyam Heyq "Telegraph" qəzetinə müsahibəsində belə bir bəyanatla çıxış edib: "Əgər onlar nüvə silahı əldə etsələr, düşünürəm ki, digər yaxın şərq ölkələri də nüvə potensialını inkişaf etdirmək istəyəcəklər".


Britaniya XİN hesab edir ki, Yaxın Şərqin hər hansı bir ölkəsində nüvə silahının meydana gəlməsi bütün regionda stabilliyi pozacaq. Yeni "soyuq müharibə" başalayacaq ki, bu da sovet və amerika arasında müharibədən daha təhlükəli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə