Rumıniyanın Kluj regionu şurası ilə Almaniyanın "Boş" (Bosch) şirkəti arasında Kluj regionunun Juku şəhərində 77 milyon avro dəyərində yeni fabrikin tikilməsini nəzərdə tutan müqavilə imzalanıb. SİA-nın məlumatına görə, həmin müqavilə Kluj regionunun tarixində ən böyük özəl sərmayə müqaviləsidir və 2 min insanı işlə təmin edəcək. Kluj regionunun şurası isə öz növbəsində "Boş" (Bosch) şirkətinə 21,5 hektar ərazini 99 ilə icarəyə vermək qərarını alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB