Ağ Evin saytında dərc edilmiş məlumata əsasən, Amerikanın məxfi sayılmayan hərbi proqramlarının maliyyələşdirilməsi gələn maliyyə ilində 22 faiz azaldılaraq 8 milyard dollar təşkil edəcək. SİA-nın verdiyi məlumata görə, məxfi hərbi kosmik proqramların büdcəsi ənənəvi olaraq dərc edilmir.
Pentaqona kosmik proqramları azaltmaq və ya bir hissəsindən imtina etmək tövsiyə olunub. Məsələn, buraxılan peyklərin və raket-daşıyıcıların istehsalına sifarişlərin sayını azaltmaq, həmçinin "DWSS" (Defense Weather Satellite System) peyk sisteminin genişləndirilməsindən imtina etmək tövsiyə olunub. ABŞ-ın Hərbi Hava Qüvvələri (HHQ) rəsmi olaraq hələ yanvarın 17-dən bu proqramın reallaşdırılmasından imtina edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB