Suriya İnsan Haqqları Təşkilatı ölkədə 8 min insanın öldüyünü açıqlayıb

Suriya İnsan Haqqları Təşkilatı ölkədə 8 min insanın öldüyünü açıqlayıb

Suriya İnsan Haqqları Təşkilatı ötən ilin mart ayından bu yana ölkədə baş vermiş hadisələrin hesabatını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, ümumilikdə Suriyada 8 mindən çox insanın həyatını itirdiyi həmin hesabatda öz əksini tapıb. Ölənlərin 590 nəfərinin uşaq olduğu söylənilib. Ümumilikdə hesabatda İdlibdə 1030, Dərədə 1033, Humusda 882, Hamada 1128, Lazkiyedə 317, Halepdə 164 nəfərin öldüyü qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə