Hondurasın paytaxtı Tequsilpa yaxınlığında yerləşən həbsxanada faciə baş verib. Belə ki, həbsxanadakı məhkumlar qiyam qaldırdıqdan sonra, birdən güclü yanğın baş verib. Yanğın zamanı 350-dən çox insan həlak olub. Ağır yaralı olan 80 məhkum isə xəstəxanaya yerləşdirilib. Honduras Həbsxana İdarəsinin rəhbəri Danilo Orelanna indiyə qədər sadəcə 200 nəfərin cəsədini müəyyənləşdirdiklərini, bunların əksəriyyətinin tüstüdən boğulduqlarını söyləyib. Həbsaxanada üsyanın baş vermədiyini deyən Orelanno yanğınla bağlı təhqiqat aparıldığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB