Polis 143 nəfəri Valentin Gününü qeyd etdiklərinə görə həbs edib

Polis 143 nəfəri Valentin Gününü qeyd etdiklərinə görə həbs edib

Səudiyyə Ərəbistanında dini polis 143 nəfəri Valentin Gününü qeyd etdiklərinə görə həbs edib. SİA-nın "BBC"-yə istinadən verdiyi xəbərə görə, ölkə bu bayramı günah sayır. Rəsmilər deyir ki, \"bayramda evli olmayan kişi ilə qadının əxlaqsız əlaqəsindən söhbət getdiyindən\" müsəlmanlar belə bayramı qeyd etməməlidir.

Krallığın Ləyaqətin Təbliği və Şeytanın Rəddi Təşkilatı öz tvitter hesabında yazıb ki, "pələnglər" adlanan işçiləri həbs edilənləri cəzalandırıb. Qurum həbslər kampaniyasının davam edəcəyini bildirir.

Bu təşkilat fevralın 14-ə bir neçə gün qalmış ölkənin bütün dükanlarında qırmızı qızıl gülləri və hədiyyələri yox edib. Düşüncəyə görə, bu güllər insanları Valentin Gününü qeyd etməyə həvəsləndirir.

Bütün xəbərlər Facebook səhifəmizdə