İsrail portalı: "Tiflisdə həyata keçirilən terror aktının arxasında böyük ehtimal ki, İran dayanıb"

İsrail portalı: "Tiflisdə həyata keçirilən terror aktının arxasında böyük ehtimal ki, İran dayanıb"

Gürcüstanın paytaxtı Tiflisdə israilli diplomatlara qarşı həyata keçirilən terror aktının arxasında böyük ehtimal ki, İran dayanıb. Bu barədə İsrailin "Kursor" portalı Gürcüstanın Daxili İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb. Agentliyin mənbəsinin sözlərinə görə, Gürcüstanın güc strukturları israilli həmkarları ilə birdirlər və bu hadisələrin araşdırılması üçün bütün dəstəklərini göstəririlər.


Qeyd edək ki, daha öncə də həm İsrail, həm də Gürcüstan mətbuatında israilli təhqiqatçıların baş verən hadisəni araşdırmaq üçün Tiflisə gedəcəkləri barədə informasiya yayılmışdı.


Gürcüstan prezidentinin mətbuat katibi Manana Mancqaladze keçirdiyi brifinqdə ölkənin hüquq mühafizə orqanları üçün İsrail səfirinin sürücüsünün altında tapılan partlayıcı qurğunun araşdırılmasının "əsas prioritet" olduğunu deyib. "Cinayət işi açılıb, araşdırma aparır. DİN fəal olaraq araşdırmaya başlayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə