Liviyanın Kufra şəhərində Zvay və Tabu tayfaları arasında baş vermiş toqquşmada 17 nəfər ölüb, 20 nəfər yaralanıb. Zvay tayfası iddia edir ki, münaqişə Tabu tayfasının Zvay tayfasının bir nəfər üzvünü öldürəndən sonra başlayıb. Tabu tayfasının başçıları bildiriblər ki, onlar Liviya Keçid Şurasından yardım istəyiblər. Lakin bu xahişə reaksiya verilməyib. Tayfa başçılarının sözlərinə görə, onların evləri Zvay silahlıları tərəfindən atəşə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB