Taylandda güclü partlayışlar olub

Taylandda güclü partlayışlar olub

Taylandın paytaxtı Banqkokda güclü partlayışlar nəticəsində 4 nəfər yaralanıb, 1 xarici ölkə vətəndaşı isə ayaqlarını itirib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, 3 ayrı-ayrı partlayışın kim tərəfindən törədilməsi isə hələlik məlum deyil. Qeyd edək ki, partlayıcı qurğulardan biri taksi avtomobilini yararsız hala salıb, digər partlayış nəticəsində isə orta məktəb yaxınlığındakı telefon köşkünə ziyan dəyib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.


Bütün xəbərlər Facebook səhifəmizdə