Türkiyə İsrail səfirliyinə edilən təcavüzü kəskin pislədi

Türkiyə İsrail səfirliyinə edilən təcavüzü kəskin pislədi

Türkiyə Xarici İşlər Nazirliyi ötən gün iki ölkədəki İsrail səfiliyində qeydə alınan terrorla bağlı rəsmi açıqlama yayıb. SİA-nın xəbərinə görə, Türkiyənin Xarici İşlər Nazirliyi dünən Gürcüstan və Hindistanda İsrail səfirliyinə edilən terroru kəskin olaraq pisləyib.


Nazirlikdən edilən rəsmi açıqlamanın mətnində deyilir: "13 fevralda Hindistanın paytaxtı Yeni Dehlidə İsrail səfirliyinə aid nəqliyyat vasitəsinə edilən terrorda iki nəfər ölüb. Gürcüstanın paytaxtı Tiflisdə isə İsrail səfirliyinə aid nəqliyyat vasitəsinə qarşı terrora cəhd olunub, lakin bu cəhdin qarşısı Gürcüstan rəsmiləri tərəfindən alınıb. Bunlarla bağlı bildirmək istəyirik ki, Türkiyə mənbəyi və səbəbi nə olursa olsun terrora qarşıdır. Bu istiqamətdə atılan bütün addımlar Türkiyə tərəfindən kəskin şəkildə qınanır. Rəsmi Ankara terror zamanı xəsarət alanlara Allahdan şəfa diləyir."


Xatırladaq ki, ötən gün İsrailin Hindistan və Gürcüstandakı səfirliklərinə terror hücumu təşkil edilmiş, ikincidə bu cəhdin qarşısı alınmışdır.


Aynurə Asimqızı



Bütün xəbərlər Facebook səhifəmizdə