Türkiyədə Suriyalı qaçqınlar üçün konteyner evlər tikilir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Suriya ilə sərhəddə yerləşən Kilis vilayətindəki tikilən evlər hazırda qonşu Hatay vilayətində çadır düşərgələrində yaşayan suriyalılar üçün nəzərdə tutulub. İndiyədək Kilisdə 150 konteyner ev tikilib. Evlərlə yanaşı, klinika, 2 məscid, 2 orta məktəb, ali məktəb və idman obyektləri olacaq.
Qeyd edək ki, Suriyada anti-hökumət nümayişləri başlayandan Türkiyəyə 15 min 228 nəfər suriyalı gəlib. 5000-dən çox suriyalı qaçqın öz vətəninə qayıdıb, 10 min 227 qaçqın isə Suriya-Türkiyə sərhədində Türk Qızıl Aypara təşkilatı tərəfindən qurulmuş çadır düşərgələrində yaşayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB