Amerika Birləşmiş Ştatlarında səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ABŞ-ın dövlət katibi Hillari Klintonla görüşüb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, görüşdə bəzi regional və beynəlxalq məsələlər, o cümlədən Suriyadakı vəziyyət müzakirə edilib.
ABŞ dövlət katibi Hillari Klinton Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşdən sonra ölkəsinin Ərəb Dövlətləri Liqasının təklif etdiyi Suriyada vəziyyətin nizamlanmasına dair yeni planı dəstəklədiyini deyib. Klinton Əsəd rejiminə qarşı diplomatik təzyiqi artırmağa söz verib: "Əsəd rejimi və onu dəstəkləyənlər başa düşməlidirlər ki, iki yol var: biri demokratik hakimiyyət dəyişikliyinə, digəri isə xaos və zorakılığa aparır".
Əhməd Davudoğlu isə öz növbəsində humanitar faciənin davam etməsinə sakitcə baxa bilməyəcəklərini bildirib: "Hazırda diplomatik və humanitar istiqamətlərdə hansı addımlar atacağımızı müzakirə edirik. Ehtiyat variantlar üzərində düşünməyin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB