2011-ci ildə Suriyada təhlükəsizlik qüvvələri tərəfindən 5400 nəfər, 2000-ə yaxın hərbçi və xüsusi xidmət əməkdaşı isə qiyamçılar tərəfindən öldürülüb. SİA-nın xəbərinə görə, bunu BMT-nin insan hüquqları üzrə ali komissarı Nevi Pilley BMT Baş Assamblasının iclasında deyib. Rəsmi rəqəmlərin mövcud olmadığını deyən komissar bildirib ki, ölkəyə giriş çətin olduğundan dəqiq məlumatları əldə etmək qeyri-mümkündür: "Eyni zamanda son iki ay ərzində həmin məlumatlar yenilənməyib.Əminik ki, ölən və yaralananların sayı hər gün artır".
Onun sözlərinə görə, uşaqlar da daxil olmaqla onlarla adam həbs edilib, 18 min nəfər əsassız yerdə saxlanılıb, daha 1000 nəfər isə itkin düşmüş sayılır. 25 minə yaxın adamın qonşu ölkələrdə sığındığı, 70 min nəfərin isə ölkə ərazisində məcburi köçkün vəziyyətinə düşüb.
BMT-nin ali komissarının sözlərinə görə, etiraz aksiyaları əsasən dinc xarakter daşısa da, müxalifətdə olan silahlıların hökumət qoşunlarına hücumları ilə bağlı məlumatlar artır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB