İran Türkiyəyə ixrac etdiyi təbii qaz miqdarını artırmağa hazır olduğunu bildirib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Mehr xəbər agentliyinin verdiyi xəbərdə, İran Milli Qaz Şirkətinin sözçüsü Məcid Bucarzade deyib ki, İran Türkiyəyə daha çox təbii qaz ixrac edə bilər. İranın hal-hazırda Türkiyəyə gündə 30 milyon kub metr təbii qaz ixrac etdiyini deyən Bucarzade bunun daha da artırılması üçün işlərin başlanıldığını söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB