Barak Obama və Davudoğlu Suriyadakı hadisələri pislədi

Barak Obama və Davudoğlu Suriyadakı hadisələri pislədi

Amerika Birləmiş Ştatları prezidenti Barak Obama Suriya ordu qüvvələrinin Homs şəhərində törətdiyi hadisələri qəddarlıq və zoraklıq kimi qələmə verib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, Avropa Birliyinin xarici siyasət üzrə ali komissarı Ketrin Eşton isə Rusiyanı Suriyada real vəziyyəti qəbul etməyə çağırıb. Bununa belə Vaşinqtonda səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Ərəb Ölkələri Liqasının Suriya üzrə təklifi ilə bağlı amerikalı qanunvericilərə danışıqlar aparacağı gözlənilir. Əhməd Davudoğlu Corc Voşinqton Universitetində çıxışı zamanı Suriyada vəziyyətə toxunub. Bəşər Əsədin anti-qərb lideri olduğunu deyən Əhməd Davudoğlu bu gün Homs və Dəməşqdə insanların misirlilərin, Tunis və liviyalıların sahib olmaq istədiyi eyni şeyləri arzu etdiklərini bildirib.


Bütün xəbərlər Facebook səhifəmizdə