Suriyada ölənlərin sayı getdikcə artır

Suriyada ölənlərin sayı getdikcə artır

Suriyanın Homsu şəhərində ölənlərin sayı getdikcə artır. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, son bir sutkada ərzində azı 137 nəfər öldürülüb. Onlardan 10-nu uşaq olub. Hüquq müdafiəçiləri və Suriyanın müxalifət nümayəndələrinin verdiyi məlumata görə, son beş gündə Homsda 400-dən çox dinc sakin öldürülüb. Homsla yanaşı Zəbədani şəhərində ötən gün 10 nəfərin öldüyü, 40-dək insanın yaralandığı bildirilir.


Bütün xəbərlər Facebook səhifəmizdə