Rusiya Xarici işlər naziri Sergey Lavrovun fevralın 7-də Suriyaya rəsmi səfəri ərəfəsində Suriya prezidenti Bəşər Əsəd ölkədə mövcud olan şiddətin, qarşıdurmaların dayandırılacağı haqqında Rusiya Xarici işlər nazirinə söz vermişdi. Lakin buna baxmayaraq Bəşər Əsəd yenə sözünün üstündə durmayıb. Belə ki, ötən gün əksəriyyəti körpə uşaq olan 117 nəfər qarşıdurmaların qurbanı olub. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, ölənlər və yaralananlar daha çox Suriyanın Humus şəhərində olub. 5 gün davam edən ardı-arası kəsilməyən hücumlarda 50 adam həyatını itirib. Bununla belə abonentlərə verilən elektrik enerjisinin kəsilməsi nəticəsində erkən doğulmuş 20 körpə dünyasını dəyişib.
Qeyd edək ki, fevralın 7-də Suriya prezidenti Bəşər Əsədlə görüşən Rusiya Xarici işlər naziri Sergey Lavrov görüşdə Əsədə deyib: \"Bütün ölkələrin liderləri məsuliyyətlərini dərk etməlidirlər. Sən məsuliyyətinin fərqindəsən\". Lavrov bildirib ki, Rusiya ərəb xalqlarının sülh və əminamanlıq içində yaşamasını istəyir, çünki bu onun mənafeyinə uyğundur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB