Fransa və Almaniyanın Nazirlər Kabineti prezident Nikola Sarkozi və baş nazir Angela Merkelin rəbərliyi altında birgə Parisdə toplanıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, yığıncağı Avropanın ən güclü iqtisadiyyatını idarə edən Merkelin Sarkoziyə seçkilər ərəfəsində verdiyi simvolik siyasi dəstək kimi qiymətləndiriblər. Əslində medianın diqqətini daha çox çəkən tərəflərin görüşməsi olub: "Onların zala daxil olması toya bənzədilib. Sanki Merkel və Sarkozi Bəy və Gəlinə oxşayırdılar. Bir-birini tərif edən sözlər, öpüşlər içində qərq olan əl tutmalar gözdən yayınmırdı".
Yelisey sarayında keçirilən 14-cü birgə Nazirlər Kabineti toplantısının gündəliyində duran əsas müzakirə mövzusu avro bölgəsinin borc böhranıdır. İki lider axşam saatlarında Fransa və Almaniya televiziya kanallarında yayımlanacaq proqramda birlikdə iştirak edəcəklər.
Qeyd edək ki, Sarkozi də 2009-cu ildə keçirilən seçkilərdə Merkelin seçki kampaniyasına qatılaraq alman liderə siyasi dəstək vermişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB