Böyük Britaniya Dəməşqdəki səfirini geri çağırıb

Böyük Britaniya Dəməşqdəki səfirini geri çağırıb

Böyük Britaniya Suriyanın paytaxtı Dəməşqdəki səfirini məsləhətləşmək üçün geri çağırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq deyib, bu, Suriyada zorakılığın artması ilə bağlıdır.

Qeyd edək ki, artıq ABŞ Dəməşqdəki səfirliyini bağlayıb. Dünən ABŞ səfiri Robert Ford və digər diplomatlar Suriyanı tərk ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə