Pakistanda partlayış: 14 ölü

Pakistanın Lahor şəhərində əczaçılıq fabrikində baş vermiş güclü partlayışda 14 nəfər həlak olub. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, hadisə qaz sızması nəticəsində meydana gəlib. Partlayışda binanın dağıntıları altından 13 nəfər xilas edilib.


Bütün xəbərlər Facebook səhifəmizdə