İsrail XİN ilk dəfə qondarma “erməni soyqırımı”na qarşı açıq şəkildə çıxış edib
"Fransadan başqa heç bir ölkə ermənilərin "soyqırımı"nı tanımayıb. Biz buna qarışmağa hazırlaşmırıq. Lakin bu gün bu tarixi hadisə siyasi qalmaqala çevrilib". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu İsrailin xarici işlər naziri Aviqdor Liberman deyib.
Onun sözlərinə görə, İsrail ilə Azərbaycan arasında strateji əməkdaşlıq mövcuddur: "Bu əməkdaşlığı təhlükə altına qoymamaq üçün belə mövqeyə tərəfdar ola bilmərik".
Liberman həmçinin qeyd edib ki, İsrail ilk günlərdən Xolokostdan başqa heç bir müharibə və ya başqa faciə ilə razılaşmayıb: \"İsrail yarandığı gündən Xolokost termininin digər müharibə və faciəyə tətbiq olunmasına qarşı çıxır. Hesab edirik ki, yəhudi xalqının İkinci Dünya Müharibəsi dövründə yaşadıqları heç kimin faciəsi ilə müqayisə oluna bilməz. Afrika, Asiya, Balkan bölgəsində digər münaqişələri və vəhşicəsinə qətlləri terminologiya metodu ilə növbəti Xolokost kimi təqdim etmək qəbul oluna bilməz. Biz tarixin bütün kədərli səhifələrinin, bütün faktların olduğu kimi təqdim olunmasına tərəfdarıq\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB