HƏMAS və FƏTH İordaniyanın qərb sahilində və Qəzza sektorunda seçkilərin keçirilməsi üçün Mahmud Abbasın müvəqqəti hökumətə rəhbərlik etməsi barədə razılığa gəliblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, danışıqlar Qətərdə Fələstin Administrasiyasının başçısı Mahmud Abbasla HƏMAS lideri Xalid Məşəl arasında müzakirələrdən sonra baş tutub.
Bu gün onların növbəti görüşü keçiriləcək. Bundan sonra isə razılıq barədə rəsmi elan ediləcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB