Yaponiyanın şərqində 4,3 bal gücündə zəlzələ olub

Yaponiyanın şərqində 4,3 bal gücündə zəlzələ olub

Fevralın 5-də Yaponiyanın Hönsü adasının şərqində 4,3 bal gücündə zəlzələ olub. Dağıntılar və həlak olanlar barədə məlumat verilmir.

Yaponiyanın Milli Meteorologiya İdarəsindən bildiriblər ki, zəlzələnin episentri İbaraki prefekturasında, ocağı isə 40 kilometr dərinlikdə yerləşib.

Güclü yeraltı təkanlar paytaxt Tokio da daxil olmaqla 8 prefekturada hiss olunmuşdur. Zəlzələ sunami təhlükəsi yaratmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə