Rusiya ilə Çinin BMT-nin təhlükəsizlik şurasında Suriya ilə bağlı qətnamə layihəsinə veto qoymaları kəskin tənqidlərlə qarşılanıb. SİA-nın xarisi mətbuata istinadən verdiyi məlumata görə, Şuranın qalan 13 üzvü prezident Bəşər Əsədi istefaya çağıran sənədin lehinə səs veriblər.
Birləşmiş Ştatların BMT-ki elçisi Susan Rice təhlükəsizlik şurasının bu iki üzvünü Suriya xalqını satmaqda və zalım hökmüdarın tərəfini saxlamaqda günahlandırıb. Rusiyanın BMT-ki elçisi Vitali Çurkin isə sənədin balanslı olmadığını deyib.
ABŞ Dövlət Katibi Hillary Clinton isə bildirib ki, bu məsələdə vahid beynəlxalq mövqein olmaması ölkədə vətəndaş müharibəsinə səbəb ola bilər.
Martın ortalarından bu yana Suriyada prezident Bəşər Əsədin istefası tələbiləkütləvi nümayişlər keçirilir.
BMT bu müddət ərzində 5 mindən çox adamın öldürüldüyünü deyir. Yanvarın 30-da Rusiyanın Xarici İşlər nazirliyi açıqlamasında bildirmişdi ki, Suriya prezidenti Bəşər Əsəd hökuməti Moskvada müxalifət ilə danışıqlara qatılmağa razılıq verib. Ancaq Suriya Müxalifət Şurası Rusiyanın təşkil elədiyi heç bir danışıqda iştirak etməyəcəyini, Moskva Əsəd rejiminin ənənəvi müttəfiqi olduğunu demişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB