1988-ci ildən bəri davam edən danışıqlardan sonra NATO-ya üzv 28 ölkədən 13-ü "havadan müşahidə sistemi" layihəsinin maliyyələşdirilməsinə dair razılığa gəlib. Layihə Belçikanın paytaxtı Brüsseldə real və animasiya şəkilləri vasitəsilə təqdim edilib. NATO-nun baş katibi Anders Foq Rasmussenin sözlərinə görə, razılaşmaya əsasən, "havadan müşahidə sistemi" layihəsində iştirak edən ölkələrin hər biri ABŞ istehsalı olan "Qlobal Houk Blok" tipli pilotsuz təyyarələrindən 5 ədəd almalıdır. "Bu, NATO komandanlıqlarına böyük məsafədə və istənilən hava şəraitində baş verənləri görmək imkanı verəcək" - Anders Foq Rasmussen belə deyib.
Pilotsuz təyyarələr İtaliyadakı "Siqonella" hərbi bazasında mərkəzləşəcək. Onların vəzifəsi böyük məsafələrdə yer obyektlərində baş verənləri müşahidə etmək olacaq. "Havadan müşahidə sistemi" layihəsi çərçivəsində NATO Amerika Birləşmiş Ştatları hərbi qüvvələrinin dəstəyi olmadan ilk əməliyyat qabiliyyətini 2013-cü ildə əldə etməyi hədəf alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB