Ukrayna prezidenti Timoşenkonun müalicəsinin həbsxanadan kənarda aparılmasına razıdır

Ukrayna prezidenti Timoşenkonun müalicəsinin həbsxanadan kənarda aparılmasına razıdır

Ukrayna beynəlxalq həkim qrupuna yalnız minnətdar olar, əgər onlar Timoşenkonu müayinə və müalicə etsələr. Lakin bu bir şərtlə ola bilər ki, müalicə Ukrayna ərazisində olmalıdır.

Bu sözləri Münhendə ABŞ-dövlət katibi Hillari Klintonla görüşündən sonra mətbuat konfransında Ukrayna prezidenti V.Yanukoviç deyib. SİA-n Ukrayna bürosunun yaydığı məlumata görə, Yanukoviç Almaniya və Kanada dövlətinin Timoşenkonu müayinə etmək üçün həkim göndərmək niyyətində olduğunu bildirib: "Mən H.Klintonla söhbət zamanı Timoşenkonun müalicəsində maraqlı olduğumu xüsusi vurğuladım, xüsusən də beynəlxalq həkimlərin gəlməsində daha çox maraqlıyıq. Bütün bunlar Ukrayna qanunlarına uyğun olaraq yalnız dövlətimizin ərazisində baş verməlidir. Biz bütün tibbi avadanlıqlardan istifadə etməyə və hətta həbsxanadan kənar müalicəyədə razıyıq. Hansı ki, bu Ukrayna qanunlarına ziddir. Odur ki,qanunlara yenidən baxmağa da hazırıq. Biz bu məsələdə çox maraqlıyıq lakin bir şeyi yaddan çıxarmaq lazım deyil. Avropaya inteqrasiya ilə Timoşenko məsələsinin heç bir əlaqəsi olmamalıdır. Timoşenko mövcud qanunlara uyğun həbs olunub, mən qanunlarımızda islahatların aparılmasının tərəfdarıyam, xüsusən də cinayət məcəlləsində bəzi islahatlar qaçılmazdır. Bu gün mövcud olan qanunlarımız var və bu qanunlara görə Timoşenko həbs olunub. Biz də bu qanunlara hörmətlə yanaşırıq. Mənə elə gəlir ki, cinayət məcəlləsinə baxılarkən Timoşenko həbs olunduğu statyaya da baxılacaq".

Timoşenkonun tərəfdarları isə 8 fevraladək beynəlxalq həkim qrupunun Ukraynada olacağını proqnozlaşdirirlar.


Əlmaniz ƏLƏKBƏRLİ, SİA-nın Ukrayna bürosu


Bütün xəbərlər Facebook səhifəmizdə