İran reaktiv mühərriklər üçün yanacaq istehsalını artırmaq niyyətindədir

İran reaktiv mühərriklər üçün yanacaq istehsalını artırmaq niyyətindədir

İran reaktiv mühərriklər üçün yanacaq istehsalını bu ay artırmaq niyyətindədir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu İran neft nazirinin müavini Əlirıza Zeyqami deyib.

Onun sözlərinə görə, fevralda Bender-Abbas limanından 12,5 kim-lik boru kəməri istismara veriləcək. Boru kəmərinin açılışı, Şahid Rəcai və Fulad limanlarına çatdırılma həcminin artırılması layihəsi çərçivəsində yerinə yetiriləcək. Bu limanlardan isə İran körfəzi vasitəsilə digər dövlətlərə ötürüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə