Klitonla Lavrov Suriyanı müzakirə ediblər

Klitonla Lavrov Suriyanı müzakirə ediblər

ABŞ dövlət katibi Hillari Kliton və Rusiya XİN başçısı Serqey Lavrov arasında telefon danışığı baş tutub. SİA-nın xəbərinə görə, bunu ABŞ Dövlət Departamenti mətbuat xidmətinin direktor müavini Mark Toner deyib. Onun sözlərinə görə, tərəflər BMT Təhlükəsizlik Şurasında Suriya qətnaməsinin hazırlıq prosesini müzakirə ediblər.

Qeyd edək ki, telefon danışığı Hillari Klintonun, siyasi təhlükəsizlik mövzusuna dair keçirilən 48-ci beynəlxalq konfransında iştirak üçün Münxenə yola düşən zaman şəxsi təyyarəsində baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə