Ukraynada şaxtalar 100-dən artıq adamın ölümünə səbəb olub. SİA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, ötən cümə günündən bu yana 101 adam ölüb və sarsıdıcı üşütmə keçirən yüzlərlə adam hospitallara çatdırılıb. Fövqəladə Hallar Nazirliyi 64 nəfərin soyuqdan donaraq küçədə ölü tapıldığını bildirir. Statistikaya görə 11 nəfər xəstəxanada və 26 adam evində keçinib.
Şərqi Avropanın bəzi bölgələrində şaxtalar mənfi 35C dərəcəyə çatıb. Bu zəmində, Şərqi və Mərkəz Avropada kəskin hava şəraiti ilə bağlı fövqəladə mübarizə tədbirləri görülür. Lakin bir çox yerlərdə xüsusilə də dağlıq regionlarda yaşayış məntəqələri ilə kəsilən əlaqəni bərpa etmək mümkün olmayıb.
Polşada cümə axşamı daha 8 nəfərin keçinməsi ilə ölənlərin sayı 37-ə çatıb. Sinoptiklər qar uçqunu təhlükəsi ilə bağlı xəbərdarlıq veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB