Antarktidada 20 milyon il əvvəl yoxa çıxan Vastok çayını axtaran rusiyalı tədqiqatçılar özləri yoxa çıxıb

Antarktidada 20 milyon il əvvəl yoxa çıxan Vastok çayını axtaran rusiyalı tədqiqatçılar özləri yoxa çıxıb
Antraktidada 20 milyon il əvvəl yoxa çıxdığı deyilən Vastok çayını axtaran rusiyalı tədqiqatçı qrupun üzvləri qeyri-adi şəkildə yoxa çıxıb. Rusiyalı alimlərdən 5 gündür xəbər tutmaq mümkün olmayıb. Rusiyanın Arktik və Antarktik Araşdırmalar İnstitutunun üzvləri olan rusiyalı alimlər buzlu qitənin 4 min metr içərilərində donan Vastok çayına çatmaq üçün həftələrlə axtarışlar aparırdılar.

"Fox News"a danışan Montana Universitetinin professoru Con Priscu "Artıq beş gündür 20 milyon ildən artıqdır yeri bəlli olmayan çaya çatmaq ümüdində olan rusiyalı həmkarlarımızdan heç bir xəbər ala bilmirik. Onlarla bütün əlaqələrimiz yoxa çıxıb",-deyir.

Qeyd edək ki, rusiyalı kəşfiyyatçılar bir il öncə Vostok çayına bir qədər yaxınlaşa biliblər. Lakin qış aylarının başlaması əməliyyatları təxirə salıb. Eyni qrupun bu dəfə çaya çatmasına isə sadəcə 12 metr qalmışdı. Aparılan araşdırmalar zamanı məlum olub ki, hazırda Vostok stansiyasında tempratur -89.4 dərəcəyə enib.

Elm dünyası isə Rus tədqiqat qrupunun bu həftənin sonunda Vostokun sularına çata biləcəyini gözləyirdilər. İngiltərə Antarktik Araşdırmalar mərkəzindən olan Alan Rodger deyir: "Rus qrupunun bu həftə sonunda Vostokun sularına çatacağını gözləyirdik. Bu çay en azı 15 milyon ildir buzların araşında mövcuddur. Bu qədər uzun bir zamanda özünü necə mühafizə etdiyinə və onun tərkibində hansı maddələrin olduğu çox maraqlıdır". Daha çox maraq doğuran isə buz qatının altında 4 km dərinlikdə olan bu çayın oksigenlə çox zəngin olmasıdır. 200 gölün bir yerə toplanaraq böyük çay əmələ gətirməsi və bu çayın tərkibinin təxminən 50 qatının daha zəngin olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə