İnsan Hüquqlarının Qorunması Təşkilatı (İHQT) Suriyadakı vəziyyətlə bağlı hesabatını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, hesabatda ordu qüvvələrinin uşaqlara qarşı etdikləri işgəncələr öz əksini tapıb. Qeyd olunub ki, ordu qüvvələri 13 yaşlarında olan uşaqları həbs edir və onlara işgəncə verir. Bu arada Suriyada ötən gündən başlanan nümayişlərdə 33 nəfər həyatını itirib. Buna baxmayaraq BMT TŞ-sı Suriyaya qarşı hələ də razılaşdırılmış əsaslarda heç bir sanksiya irəli sürməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB