Pakistanda toqquşmalarda 8 əsgər, 18 "Taliban" döyüşçüsü öldürülüb

Pakistanda toqquşmalarda 8 əsgər, 18 "Taliban" döyüşçüsü öldürülüb

Pakistanda təhlükəsizlik qüvvələri ilə "Taliban" arasındakı toqquşmalarda 18 terrorçu öldürülüb, 8 əsgər həlak olub. Ölkənin şimal-qərbindəki Hayber bölgəsində təhlükəsizlik məntəqəsinə edilən hücumda 1 əsgər ölüb. Hücumda 4 əsgər də yaralanıb. Cavab atəşi ilə bir "Taliban" döyüşçüsü öldürülüb, üçü yaralanıb. Qəsəbədə küçəyə çıxmaq qadağan edilib.


Əfqanıstan sərhədindəki Qurram bölgəsindəki toqquşmada isə 7 əsgər ölüb. Bölgənin dövlət rəsmisi Cəmil Xan 40-dək yaraqlının hücumu ilə başlayan toqqumada 18 "Taliban" üzvünün də öldürüldüyünü açıqlayıb.


"Taliban"ın qalası sayılan Qurramda keçən həftə təhlükəsizlik qüvvələri 100-ə yaxın terrorçunu zərərsizləşdirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə