Avropada şaxtadan ölənlərin sayı 163-ə çatdı

Avropada şaxtadan ölənlərin sayı 163-ə çatdı

Avropada hökm sürən güclü şaxtalı havanın qurbanlarının sayı 163-ə çatıb. Şərqi Avropada bir neçə əyalətlər tamamilə işıqsız qalıb, güclü qar yağıntısı avia və dəmir yol əlaqəsini tamamilə dağıdıb. Rekord aşağı temperatur Polşa, Rumıniya, Bolqarıstan, Ukrayna, Bosniya və Hersoqovinada hələ də hökm sürür.

Yalnız Ukraynada otən surka şaxtadan ölənlərin sayı 3 dəfə artaraq 63 nəfər olub. Bu say Polşada 9, Almaniyada isə 2 nəfərdir. Ölənlərin əksəriyyəti evsiz insanlardır.

Bütün xəbərlər Facebook səhifəmizdə