Ukrayna, Polşa, Rumıniya, Serbiya və bir sıra digər Avropa ölkələrində şaxtalı hava insan tələfatı ilə nəticələnib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, şaxtalı hava səbəbindən ən çox insan tələfatı Ukraynada qeydə alınıb. Sərt hava şəraiti nəticəsində ölkədə ölənlərin sayı 43 nəfərə çatıb. Onların əksəriyyəti evsizlərdir.
Ukrayna Fövqaladə Hallar Nazirliyinin məlumatına görə, şaxtalar nəticəsində həlak olanlardan 28 nəfər küçələrdə ölmüş vəziyyətdə tapılıb. 8 nəfər xəstəxanalara çatdırılandan sonra ölüb. 7 nəfər evlərində ölüb. Ukrayna rəsmilərinə əsasən, 720 nəfər hipotermiya və donvurma hallarına görə xəstəxanaya yerləşdirilib.
Ölkənin bəzi regionlarında havanın orta temperaturu mənfi 30C dərəcəyədək enib. Rəsmilər məktəb və bağçaların soyuq hava şəraiti bitənəcən bağlandığını bildiriblər. Evsizlərə yardım göstərilməsi üçün yemək və istiliklə təchiz olunan 1730-dək sığınacaq yeri hazırlanıb.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB