Türkiyəyə yağan güclü qar İstanbulda hərəkəti iflic edib. Magistral yollar bağlanıb, bir sıra avtobus marşurutları təxirə salınıb. Hava və dəniz nəqliyyatında ləngimələrvə yaxudda təxirə salmalar baş verib. SİA-nın verdiyi məluta görə, Atatürk Hava limanından səhər saatlarında daxili və xarici uçuşlardan 87 aviareys təxirə salınıb. Bunlardan xarici ölkərə gedəcək 41 reys,daxili reyslərdən isə 46-sının uçuşu dayandırılıb.
Uçuşları təxirə salınan sərnişinlər elə hava limanının gözləmə zallarında, yaxud da yaxınlıqda yerləşən otellərdə gecələməli olublar. Əsas magistral yolların qardan təmizlənməsi istiqamətində ciddi tədbirlər həyata keçirilir. Yerli bələdiyyələr tərəfindən yollara qum səpilir. Körpülərin ətrafında 25 santimetr uzunluqda buz sırsıraları sallanır. Bu isə piyadaların həyatı üçün təhlükə mənbəyinə çevrilir.
Qeyd edək ki, son günlər yağan qar regionlar üzrə müxtəlif qalınlıqda düşüb. Daha çox Arnavutköyə yağan qarın qalınlığı 47 santimetrə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB