Fransa prezidenti Nikolya Sarkozi 72 senator və 65 deputatın imzası ilə Fransa Senatında qəbul edilən qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunla bağlı Konstitusiya Şurasına müraciət edilməsindən narahat olub. SİA-nın "Zaman" qəzetinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Sarkozi bu təşəbbüsün ona xidmət etmədiyini vurğulayıb.
Qeyd edək ki, Konstitusiya Şurası bir ay ərzində qərar verməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB