Suriyada vətəndaş müharibəsinə çevrilmək təhlükəsi olan zorakılığı dayandırmaq üçün qətiyyətli tədbirlər görmək lazımdır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbər görə, bunu ABŞ-ın dövlət katibi Hillari Klinton BMT Təhlükəsizlik Şurasında Suriyadakı vəziyyət müzakirə edilən zaman çıxışında deyib. Onun sözlərinə görə, Suriyada tökülən qanların məsuliyyətini Bəşər Əsəd başda olmaqla hakimiyyət daşıyır. Bununla belə, Hillari Klinton qətnamənin qəbulunun Liviya ssenarisinə - münaqişəyə xarici silahlı müdaxiləyə gətirib çıxaracağı barədə iddiaları təkzib edib.
Suriyada isə zorakılıq davam edir. Ötən gün paytaxt Dəməşq ətrafında hökümət qüvvələri ilə ordudan yayınan əsgərlər arasında toqquşmalar olub. Səqbə rayonunda baş verən toqquşmalarda azı 7 nəfərin öldüyü bildirilir. Yerli Kordinasiya Komitəsindən verilən məlumata görə, isə azı 28 nəfər öldürülüb.
Misirdə isə hökümət əleyhinə növbəti etiraz aksiyaları keçirilib. Payaxt Qəhirədə baş tutan aksiyada yüzlərlə etirazçı iştrak edib. Parlamentin binasına doğru yürüş edən etirazçılar sabiq prezident Hüsnü Mübarəkin və digər sabiq hökümət rəsmilərinin mühakimə olunmasını tələb ediblər. Millət vəkillərinə etiraz aksiyaları zamanı yaranmış qarşıdurmalarda ölənlərin ailələrinə təzminat verilməsi üçün müraciət olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB