Sarkoziyə qarşı 72 imza toplandı

Sarkoziyə qarşı 72 imza toplandı
Fransa Senatında uydurma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunun ləğvi məqsədilə Konstitusiya Şurasına müraciət etmək üçün tələb olunan minimum 60 imza toplanıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müraciətə 72 senator imza atıb və senatorların müraciəti Konstitusiya Şurasına təqdim edilib.

Qeyd edək ki, bu gün minumum 60 imzanın toplanması üçün sonuncu gün idi. Belə ki, yanvarın 23-də Fransa Senatı tərəfindən qəbul olunan qanun hələlik prezident Nikola Sarkozi tərəfindən imzalanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə