Avropa Birliyinin qeyri-rəsmi sammiti başlayır

Avropa Birliyinin qeyri-rəsmi sammiti başlayır

Bu gün Belçikanın paytaxtı Brüsseldə Avropa Birliyinin qeyri-rəsmi sammiti öz işinə başlayır. Sammit Avropada iqtisadi vəziyyətə həsr olunub. Ehtimal olunur ki, sammitdə əsas müzakirə mövzusu büdcə sazişinə dair razılıq əldə etmək, eləcə də regionda artmaqda olan işsizlik probleminin həlli yollarını axtarmaq olacaq.

Qeyd edək ki, son vaxtlar Avropa Birliyinin əksər ölkələrində iş yerlərinin sayı rekord səviyyədə aşağı düşüb.

Sammitdə liderlər Yunanıstanda iqtisadi vəziyyəti də müzakirə edəcəklər. Nəhayət ki, Yunanıstanın dövlət borcunun bir hissəsinin silinməsi üçün banklarla razılıq əldə olunacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə