Timoşenkonun qızı ABŞ Konqresinin yuxarı Palatasında çıxış edəcək

Timoşenkonun qızı ABŞ Konqresinin yuxarı Palatasında çıxış edəcək

Məlum olduğu kimi ötən ilin payızından Ukraynanın eks-baş naziri Yuliya Timoşenko həbs edilib. Rusiya ilə bağlanan məlum qaz müqaviləsi zamanı vəzifə səlahiyyətini aşmaqda ittiham olunaraq həbs edilən Y.Timoşenko hazırda Xarkov şəhərindəki Kaçanov həbsxanasındadır.

SİA-n Ukrayna bürosunun verdiyi məlumata görə, eks-baş nazirin qızı Yevqeniya Timoşenkonun fevralın 1-də ABŞ-a gedəcək. Yevqeniya Konqresin yuxarı palatasında çıxış edəcək. Dinləmə zamanı ABŞ-n Ukraynadakı keçmiş səfiri Stivan Payferdə iştirak edəcək.

ABŞ-n dövlət katibi Hillari Klintonun Y.Timoşenkoya göndərdiyi məktubda birləşmiş ştatların bu məsələyə biganə qalmadığı açıq-aydın görünür. Məktubda deyilir: "Bizi Apelyasiya Məhkəməsinin qərarı çox təəcübləndirdi. Biz sizin və həbsdə olan tərəfdarlarınızın növbəti parlament seçkilərinə qədər azad olunması yolunda əlimizdən gələni edəcəyik. Bizi sizin Kiyevdən uzaqlaşdırılmanız və səhhətinizin pis olması daha çox narahat edir".

Görünür bündan ruhlanan Yevqeniya nəhayət ki, mətbuata öz fikirlərini açıqlayıb: "Mən anamın azad olunması üçün hər şeyə hazıram. Anamın siyasi represiya olunduğunu düşünürdüm, lakin sonradan bunun sadəcə fiziki məhvetmə olduğunu görürəm".

Timoşenkonun qızı haqqında bir çox siyasi ekspert və siyasətçilər şərh verməyə başlayıblar. Ukrayna siyasətçilərindən olan Viktor Nevojenko deyib ki, balaca Timoşenko anasına həm siyasətçi kimi, həm də gözəl xanım kimi çox oxşayır.

V.Nevojenko Y.Timoşenkonun əri Aleksandır Timoşenko haqqında da fikirlərini açıqlayıb.O deyib ki, necə olur Aleksandr Çexiyaya siyasi sığınacaq istəyərək getdikdən sonra ona cinayət işi açılır? Siyasətçi vəziyyətdən çıxış yolunu da göstərərək qeyd edib ki, Timoşenkonun məsələsinin həllinin üç yolu var. Birinci yol onun məhv edilməsi və bunu səhhəti ilə əlaqələndirilməsidir. İkinci yolu isə cinayət işinin konstitusiya məhkəməsi you ilə ləğv edilərək səhv addım olduğunu bildirilməsidir. Nəhayət üçüncü yolu isə eks-baş nazir müalicə adı ilə xaricə göndərilir və geri qayıtmasına icazə verilmir. Y.Timoşenkonun həyat yoldaşı Aleksandırın Avropaya getməsinin əsas səbəbi də ailəsinin xilas olunması üçün müəyyən addımların atılması üçündür. Siyasətçi Davos forumundan sonra Ukrayna prezidentinin bu məsələdə fikrinin dəyişəcəyini bildirib: "Maşınların düzülüşündən belə məlum oldu ki, Avropanın liderəri bizim rəhbərimizlə görüşmək istəmədiklərini və bunun Timoşenko məsələsilə bağlı olduğunu sübut etmək istədilər. Odur ki, bizim rəhbərimiz də çox güman Timoşenkonun xaricə müalicə adıyla ekstradisiyasına razılıq verəcək. Burada bir şərt ola bilər ki, Timoşenko indiki iqtidara maneə olmayacağına söz verməlidir. Bunun üçün həbsxanadakı təzyiqlər də artmağa başlayıb. Belə ki, Timoşenkonun kamerasının gah suyu kəsilir, gah da gecəyarısı işığı yandırılır. Həbsxana haqqında bilgisi olan insanlar deyirlər ki, bu Timoşenkoya qarşı psixi təsir göstərərək onu sındırmaq üçün atılan addımlardan biridir. Çox güman ki, Timoşenko da buna razılıq verəcək, çünki o həbsxanada qolları bağlı mübarizə apara bilmir. Bir şeyi unutmaq lazım deyil ki, dəmir ledinin də qorxmaz addımlar atması hamıya məlumdur. Ukraynada seçkilərə vaxt azaldıqca siyasi proseslərdə güclənməyə başlanıb. Müxalifətin birləşərək vahid namizədlərlə seçkiyə qatılacağını bildirməsi isə siyasi proseslərə bir az da rəng qatıb.


Əlmaniz ƏLƏKBƏRLİ, SİA-nın Ukrayna bürosu


Bütün xəbərlər Facebook səhifəmizdə