ABŞ Prezidenti Barak Obamanın avtomobili "eBay" hərraca çıxarılıb. Gümüşü-yaşıl "Chrysler 300C"nin sahibi avtomobilin satışından 1 milyon dollar əldə etmək istəyindədir.
Ekspertlər hesab edirlər ki, 5,7 litrlik mühərrikə malik işlənmiş sedanların qiyməti bazarda 17 min dollardan çox deyildir. Maşının dəyəri onun "bioqrafiyası" ilə bağlıdır. Bildirilir ki, hərrac bu maşının tarixində ilk deyil. 2009-cu ildə sözügedən "Chrysler 300C" 271 min 300 dollara satılmışdır.
Barak Obama avtomobil vurğunudur. O, yeni "Chrysler 300C" avtomobilini 2004-cü ildə lizinq yolu ilə əldə edmişdir. 3 ildən sonra Amerika prezidenti diller mərkəzi vasitəsi ilə onu Çikaqo sakininə satmışdır. Avtomobilin yeni sahibi onun Barak Obamaya məxsus olduğunu öyrənəndən sonra qazanc əldə etməyə tələsib. Avtomobilin indiki sahibi öz adını açıqlanmasını istəməsə də , "bu tarixi lotda azından 1 milyon qazanmaq niyyətindədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB