Amerikanın müdafiə naziri Leon Panetta deyib ki, ötən il qətlə yetirilən Üsamə Bin Ladenin yeri barədə mühüm məlumatı həkim verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Əfridi əl-Qaida başçısının Abbotabad şəhərində olduğunu Mərkəzi Kəşfiyyat İdarəsinə ötürüb.
Amerikanın CBS kanalına müsahibəsində Leon Panetta Pakistanda xəyanət üçün həbs olunan həkimin vəziyyəti ilə bağlı narahatlığını bildirib. Pentaqonun başçısı deyib ki, Pakistanla Amerika terrorçuluğa qarşı birgə mübarizə aparmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB