Meksikada 150 nəfər saxlanılıb

Meksikada 150 nəfər saxlanılıb

Meksika polisi cümə günü ölkənin şimalında yerləşən Monterrey şəhərində barda bir gün əvvəl kütləvi qətl törətməkdə şübhəli bilinən 150 nəfərədək şəxs saxlanılıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yanvarın 26-da Monterreyin mərkəzində 9 nəfər insan xüsusi amansızlıqla qətlə yetirilib. Onların narkotik ticarəti mafiyasının qurbanı olduqları ehtimal edilir.

İstintaqın məlumatlarına görə, şəhərin mərkəzində qətlə yetirilmiş səkkiz kişi və bir qadın bundan əvvəl həmin barda olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə